Hər mövsüm təbiətdən zövq almaq istəyirsinizsə, "Qış bağçası" sistemi ən ideal variantdır! Həm estetik görüntü, həm maraqlı dizayn elementi kimi diqqət çəkən bu sistemin bir sıra özəllikləri var: Sistem alüminium konstruksiyalı olduğu üçün korroziyaya uğramır, həmçinin istənilən rəng seçimindən yararlanmaq şansını verir. Sistemin bir tərəfi ev və ya həyət divarına bərkidildiyi üçün küləyə davamlıdır. Yağış suları isə gizli su kanalları vasitəsilə axıdılır. "Qış bağçası"nın ən gözəl tərəfi isə tavanın şüşə olmasıdır ki, bu da işıqlı ortam yaratmaqla yanaşı, sizə göy üzünü izləmək imkanını verir. |
![]() |