• Yuxari-reklam-1.jpg
  • Yuxari-reklam-2.jpg
  • Yuxari-reklam-3.jpg
  • Yuxari-reklam-4.jpg
  • Yuxari-reklam-5.jpg

"Bioklimatik Pergola" 4 fəsildə istifadəsi mümkün olan innovativ çardaq sistemidir. Sistem pultla açılıb-bağlanan hərəkətli alüminium tavandan ibarətdir. Tavan panellərinin istənilən bucaq dərəcəsində döndərilə bilməsi sayəsində günəş işığını və havalandırmanı tənzimləmək mümkündür. Tavan panellərinin üfüqi istiqamətdə yığılması isə açıq səma effektini yaradır. Alüminium sistem bağlı olduqdasa, tavan düz və hermetik olur. Tavanın yan profillərində led işıq kanalları yerləşdirilib.

Alüminium konstruksiyalı olduğu üçün istənilən rəng seçimi və korroziyaya uğramaması, yağış sularının gizli su kanalları vasitəsilə axıdılması da "Bioklimatik Pergola"nın üstünlüyüdür.

Kənarlarını istəyə uyğun olaraq sürmə cambalkon, giyotin və ya hebesibe ilə bağlamaq mümkündür.

"Bioklimatik Pergola" şəxsi evlərdə, binaların terraslarında, otel və restoranlarda istifadə olunur.